Ermənistan ordusunda “rus təmizliyi”: Yeni qərargah rəisi bu general olacaq

Ermənistan ordusunda “rus təmizliyi”: Yeni qərargah rəisi bu general olacaq
Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Movses Akopyan istefaya göndərildi.

Publika.az xəbər verir ki, baş nazir Nikol Paşinyan bu gün baş qərargah rəisi postuna yeni şəxsin təyinatının olacağını açıqlayıb.

Ermənistan mediası isə hərbi mənbələrə istinadən yeni baş qərargah rəisinin Onik Qasparyanın olacağını yazıb.

O.Qasparyan baş qərargah rəisinin birinci müavinidir. O, bu vəzifəyə ötən ilin iyununda Serj Sarkisyan tərəfindən təyin olunmuşdu.

Əslində Ermənistan ordusunda "vurulmalar” və yeni təyinatlar "aprel müharibəsi”ndə məğlubiyyətdən sonra başladı. Məğlubiyyətin nəticəsi olaraq müdafiə naziri Seyran Ohanyan postundan uzaqlaşdırıldı. Onun yerinə Viqen Sarkisyan təyin edildi. Həmin vaxt baş qərargah rəisi Yuri Xaçaturov idi. Xaçaturov birbaşa Moskvanın adamı olduğu üçün Sarkisyan ona toxuna bilmədi. Daha sonra Xaçaturov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) baş katib seçildi. Onu Movses Akopyan əvəz etdi. Sarkisyanı devirən Paşinyan keçmiş prezidentin varisi hesab olunan Viqern Sarkisyanı David Tonoyanla əvəz etdi. Tonoyan Qərbyönümlü mövqeyi ilə tanınır. Movses Akopyanın gedəcəyi gözlənilən idi. Çünki Akopyan "Qarabağ klanı”na daxil idi, həmçinin, Rusiyapərəst general kimi tanınırdı. Onun yerinə təyin olunacağı deyilən Onik Qasparyan isə Tonoyan kimi anti-Rusiya mövqeyinə malikdir. Görünür, Paşinyan orduda "rus təmizliyi” aparır.
Загрузка...

Xəbər lenti