Ermənistan prezidenti Bakıya gəlir - İDDİA

Ermənistan prezidenti Bakıya gəlir - İDDİA
Ermənistanda prezident Armen Sarkisyanın yaxın zamanlarda Bakıya rəsmi səfər edəcəyi barədə məlumat yayılıb.

İstipress-in məlumatına görə, bu barədə "Qaraparak” qəzeti məlumat verib.

Ermənistan prezidenti Armen Sarkisyanla baş nazir Nikol Paşinyan arasında təhlükəsizlik sahəsində gedən rəqabət barədə məqalə yazan qəzet bildirib ki, Sarkisyanın administrasiyasında işləyən mənbələr bu xəbəri ciddi-cəhdlə gizlədirlər. Ola bilər ki, səfər gizli olacaq. 

Onlar sadəcə bildirirlər ki, Sarkisyan İrana gedəcək. Artıq bu barədə Armen Sarkisyanla İranın Ermənistandakı səfiri müzakirələr aparıb. Yer gəlmişkən baş nazir Nikol Paşinyan da İrana səfər edəcəyi barədə bəyanat verib.

Загрузка...

Xəbər lenti