Ermənistanda hərbi hissədə əsgərlərin QİYAMI

Ermənistanda hərbi hissədə əsgərlərin QİYAMI
Ermənistandakı hərbi hissələrin birində əsgərlər üsyana cəhd ediblər.
"Ölkə.Az” xəbər verir ki, bu barədə erməni müdafiə nazirinin mətbuat katibi Artsrun Ovannisyan məlumat verib. O, bildirib ki, bir neçə əsgər 90-cı illərin qaydasını yaratmağa, xüsusi şəraitdə xidmət etməyə, xüsusi geyim geyinməyə və digərlərindən fərqli qidalanmağa cəhd ediblər. Bu əsgərlər də bu məqsədlə digər hərbçiləri də özlərinə tərəf çəkərək üsyana qalxıblar.
Üsyana qalxan əsgərlərin sayı 600 nəfərdir. Mətbuata isə məlumat hərbçilərdən birinin anasına üsyan barədə məlumat verməsindən sonra sızıb. Hazırda 20-dən çox erməni əsgər hərbi polis tərəfindən dindirilir. Oradan onları Qarabağa xidmətə göndərəcəklər.

Загрузка...

Xəbər lenti