Ermənistanda nazirlik binası uçdu: Vəzifəli şəxs öldü

Ermənistanda nazirlik binası uçdu: Vəzifəli şəxs öldü
Ermənistan Ədliyyə Nazirliyinin ekspertiza mərkəzinin binasında uçqun olub.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Yanğın texnikası və elektrotexnika ekspertizası şöbəsinin rəisi Araik Karapetyan dağıntılar altında qalıb.

Bundan başqa, daha iki nəfərin yaralandığı deyilir.

Uçqunun səbəbləri hələlik açıqlanmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti