Ermənistanda növbəti qalmaqal — Əskərlərin yeməyi generalın heyvanlarına verilib

Ermənistanda növbəti qalmaqal — Əskərlərin yeməyi generalın heyvanlarına verilib
Ermənistanın xüsusi xidmət orqanları millət vəkili, general Manvel Qriqoryanın evində, istirahət mərkəzində axtarış aparıblar.

"Ölkə.Az” xəbər verir ki, axtarış qanunsuz silah alveri maddəsi ilə açılan cinayət işinin istintaqı çərçivəsində aparılıb.

Məlum olub ki, Qriqoryana məxsus istirahət mərkəzi silah anbarına çevrilib. Eyni zamanda onun qarajında onlarla retro və müasir avtomobil var. Bundan başqa bağ evində əskərlər üçün ayrılan qida, dərman və paltarlarla doludur.

Əskərlər üçün ayrılan qatılaşdırılmış süd, makaron, konserv məmulatları da qarajlarda saxlanılır. Bundan başqa tank əleyhinə 18 mina, əl qumbaraları, müxtəlif təyinatlı silah və güllə də aşkar edilib.
İstintaq zamanı məlum olub ki, istirahət evində zoopark və burada pələng, ayı, dəvəquşu və digər heyvanlar saxlanılır. Əskərlər üçün ayrılan ərzaq buradakı heyvanlara verilir.

Qalmaqal üzə çıxdıqdan sonra generalın oğlu Karen Qriqoryan Vaqarşapat şəhər meri vəzifəsindən istefa verib.
 
 


Xəbər lenti