Ermənistanın yeni müdafiə nazirindən müharibə bəyanatı

Ermənistanın yeni müdafiə nazirindən müharibə bəyanatı
Ermənistan baş nazirinin bütün tapşırıqları ən qısa zamanda dövlət proqramında öz əksini tapacaq.

Panorama.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bunu Ermənistanın yeni müdafiə naziri David Tonoyan yüksək rütbəli hərbçilərlə görüşü zamanı bildirib.

Tonoyan ona göstərdiyi etimada görə baş nazir Nikol Paşinyana öz təşəkkürünü bildirib.

"Sizi əmin edirəm ki, Silahlı Qüvvələrin hazırlıq səviyyəsi müvəffəqiyyətli danışıqlar aparmaq, lazım gəldikdə isə güc yolu ilə danışmaq üçün əlverişli şərait yaradan səviyyədə olacaq", - detə Tonoyan qeyd edib.

Qeyd edək ki, Ermənistan fövqəladə hallar naziri səlahiyyətlərini icra edən David Tonoyan müdafiə naziri postuna təyin edilib.

O, 2010-2017-ci illərdə müdafiə nazirinin birinci müavini postunu tutub. 2017-ci ilin fevralında fövqəladə hallar naziri təyin edilib.

Загрузка...

Xəbər lenti