Əsəd Ərdoğanı oğru adlandırdı

Əsəd Ərdoğanı oğru adlandırdı
Türkiyə ordusunun Suriyada hərbi əməliyyatlar keçirməsi bu ölkənin prezidenti Bəşər Əsədi özündən çıxarıb. Asiya ölkəsinin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı oğru adlandırıb.

Bizimyol.info xəbər verir ki, Bəşər Əsəd İdlibdə hərbçilərlə görüş zamanı Türkiyə prezidentinin ünvanına ağır ifadələr işlədib. O, "oğru” ifadəsini bir neçə dəfə işlədib.

"Ərdoğan oğrudur. Çünki o, zavodlarımızı, taxılımızı, neftimizi oğurlayıb, indi də torpağımıza göz dikib”, - Əsəd belə deyib.

Suriya prezidenti deyib ki, onun üçün ölkə torpaqlarının bütövlüyü çox vacibdir. Prezidentin sözlərinə görə, İdlibi qarşı tərəf əsas meydança kimi istifadə edir. Əsəd İdlib uğrunda döyüşləri ölkədə xaos və terrorizmə son qoyulmasının əsası adlandırıb.

loading...

Xəbər lenti