Etirazlar böyüyür: “Lukoyl”un iki əməkdaşı girov götürüldü

Etirazlar böyüyür: “Lukoyl”un iki əməkdaşı girov götürüldü
İraqın Bəsrə şəhərində etirazçılar "Lukoyl”un nəzarət etdiyi yatağa hücum ediblər.

Bu barədə "Əl Ərəbiyə” televiziyası məlumat yayıb. Etirazçılar hücum nəticəsində "Lukoyl”un iki əməkdaşını (ikisi də İraq vətəndaşıdır – red.) girov götürüblər.

"RİA Novosti” agentliyi isə hücum zamanı heç bir şəxsin xəsarət almadığını və heç kim girov götürülmədiyini bildirib.

Qeyd edək ki, Bəsrədə Qərbi Kurna-2 yatağı yerləşir. "Lukoyl” bu yatağın 56%-nə nəzarət edir.

Bəsrədə son günlər hökumət əleyhinə etirazlar güclənib. Etirazçılar bundan öncə İran Konsulluğunun binasına hücum edərək, burada yanğın törədiblər. İran insidentlə əlaqədar İraqla sərhədini bağlayıb. Etirazçılar hökumətdən təcili olaraq şəhərin içməli su və elektrik enerjisi ilə təminatının yaxşılaşdırılmasını istəyiblər.(axar.az)
Загрузка...

Xəbər lenti