Ev kirayəsi 1 avro olan alman şəhəri: 500 ildir belədir

Ev kirayəsi 1 avro olan alman şəhəri: 500 ildir belədir
Almaniya əsrlərdir Avropanın ən qabaqcıl ölkələrindən biri sayılır. Bura turistlər və miqrantlar üçün həmişə maraqlı olub. Almaniya gələnləri təəccübləndirməyə də qadirdir.
Bizimyol.info xəbər verir ki, Almaniyada ev kirayəsi 1 avro olan şəhər tapmaq mümkündür. Auqsburqun Fuqqeray kvartalında məhz bu qiymətə mənzillə qarşılaşmaq olar.

Fuqqeray qədim yaşayış yeridir. Deyilənə görə, 500 il əvvəl buranın bünövrəsini Yakob 2-ci Fuqqer və qardaşları qoyub. Burada 53 ev, 8 dalan, özəl kilsə var. Təkcə İkinci Dünya Müharibəsindən sonra Fuqqerayda 14 yeni ev tikilib. İndi bu kvartalda heç vaxt olmadığı qədər rahatlıq hökm sürür. Qiymət isə dəyişməz olaraq qalır: 1 Reyn quldeni. Yəni təxminən 1 avro, hətta bir qədər də az.

Fuqqerayda hər adam yaşaya bilməz. Əsas sirr bundadır. Kvartal sakinləri gündə üç dəfə kilsəyə getməli, yaşayış yerinin əsas sahibi olmuş ailəyə dualar etməlidir. Komendant saatı da var: axşam 10-dan sonra kvartalın darvazaları bağlanır.

Fuqqerayda yaşamaq istəyənlər çoxdur. Müraciətlərə xüsusi komissiya baxır. Katoliklərin yaşayış hüququ almaq şansı daha çoxdur.

İndi buranın təxminən 150 nəfər sakini var. Heç kim sıxıntı çəkmir, kommunal xərcləri ödəməkdə çətinlik yaşayanlara kömək olunur. Rəngarəng Fuqqerayda xoşbəxt olmamaq mümkün deyil.

loading...

Xəbər lenti