Eyni şəxs iki dəfədən artıq prezident seçilə bilməyəcək - YENİ QƏRAR

Eyni şəxs iki dəfədən artıq prezident seçilə bilməyəcək - YENİ QƏRAR
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Nizamnaməsinə dəyişiklik edilib.

Publika.az qurumun saytına istinadən xəbər verir ki, bundan sonra eyni şəxs iki dəfədən artıq qurumun prezidenti seçilə bilməyəcək.

Qərar FIDE-nin Baş Assambleyasının Gürcüstanın Batumi şəhərində keçirilən iclasında qəbul olunub.

Qeyd edək ki, FIDE prezidenti hər dörd ildən bir seçilir. Rusiya Baş nazirinin keçmiş müavini Arkadi Dvorkoviç oktabyrın 3-də FIDE-nin yeni prezidenti seçilib. Onun sələfi Kirsan İlümjinov 1995-ci ilin noyabrından bu postda çalışıb və qurumun Etika Komitəsi tərəfindən 2018-ci il iyulun 13-də vəzifəsindən kənarlaşdırılıb
Загрузка...

Xəbər lenti