“Facebook” öz qaydalarını və cəza mexanizmini açıqladı - İLK DƏFƏ

“Facebook” öz qaydalarını və cəza mexanizmini açıqladı - İLK DƏFƏ
"Facebook" administrasiyası ilk dəfə olaraq sosial şəbəkədəki daxili qərar qəbuletmə qaydalarını açıqlayıb.

Panorama.Az lent.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə paylaşılan hansı statusların, mətnlərin, fotoların, videoların və təsvirlərin "Facebook"un qaydalarına zidd sayılaraq silindiyi, hansı paylaşımların istifadəçinin bloklanmasına səbəb olduğu rəhbərlik tərəfindən ilk dəfə olaraq ətraflı izah edilib.

"Facebook" mühüm bir yenilik də tətbiq etməyə hazırlaşdığını və cəzalandırılmış istifadəçilərə bu qərardan şikayət etmək hüququ verəcəyini bildirib.

"Biz daxili standartlarımızı iki səbəbdən açıqlamaq qərarına gəldik. Əvvəla, bu, mübahisəli məsələlərin həllində bizim sərhədlərimizin haradan keçdiyini insanların anlamasına kömək edəcək. İkincisi, bu təfərrüatların açılması ekspertlər də daxil olmaqla, müxtəlif istifadəçilərin bizimlə əlaqə saxlamasını asanlaşdıracaq, bu isə zamanla bizə imkan verəcək ki, standartlarımızın və qərarlarımızın yaxşılaşmasına nail olaq", - deyə "Facebook"un qlobal siyasət bölməsinin rəhbəri Monika Bikert söyləyib.

"Facebook"dan etiraf: Biz də səhv edirik

Sosial şəbəkə tərəfindən elan olunan sənəddə qeyd olunur ki, qayda pozucularına tətbiq edilən cəzalar pozuntunun ciddiliyindən və həmin şəxsin "Facebook"da davranış tarixçəsindən asılıdır. Belə ki, ilk pozuntuda sosial şəbəkə daha çox xəbərdarlıqla kifayətlənir, lakin dəfələrlə pozuntuya yol vermiş "residivistlər" yazmaqdan məhrum oluna, hətta onların profili bloklana bilər. Xüsusilə ağır hallarda, məsələn, ekspertlər ictimai təhlükəsizliyə birbaşa təhdid və fiziki zorakılıq təhlükəsi gördükdə, "Facebook" hüquq-mühafizə orqanlarına xəbər vermək hüququnu özündə saxlayır.

M. Bikert etiraf edib ki, şikayətlərə baxan "Facebook" ekspertləri zaman-zaman səhvə də yol verir. Hazırda şirkətdə bu sahə üzrə 750 analitik çalışır. Bu səbəblə, cari il ərzində "Facebook" cəzalardan şikayət vermək sistemini quracaq. "Əgər sizin foto, video və ya yazınız silinibsə, bu barədə məlumat alacaqsınız və əlavə yoxlanış üçün sorğu ünvanlaya biləcəksiniz. Bundan sonra bizim komandamız 24 saat ərzində buna baxır. Əgər biz səhvə yol vermişiksə, sizin paylaşımınız bərpa olunacaq və bu haqda sizə məlumat veriləcək", - deyə M. Bikert söyləyib.

REKLAM

cartoons.redbull.com

Daha ətraflı
Native Video by Adributor

 Nələr qadağandır?

- Sosial şəbəkədə hədə-qorxu, zorakılıq, özünəqəsd və ya özünə əzabvermə ehtiva edən paylaşımlar qadağandır. "Facebook" etiraf edir ki, bəzən təhdid mətnləri zarafat məqsədilə və ya önəmli bir mövzunun diqqətə çatdırılması üçün istifadə olunur. Bu halda administratorlar paylaşımın kontekstini, həqiqətə uyğunluğunu yoxlayır;

- İftira, təhqir, təqib və məsxərəyə qoyma tam qadağandır. Diskriminasiya məzmunlu mətnlərə o halda icazə verilir ki, şəxs bunu özünə münasibətdə etsin;   

- Çılpaq uşaqların təsvirləri tam qadağandır. "Bizə məlumdur ki, bəzən insanlar xoş niyyətlə öz uşaqlarının lüt fotolarını paylaşırlar. Lakin biz bu cür fotolardan sui-istifadə hallarına yol verməmək üçün onları silirik", - deyə qaydalarda qeyd olunur;

- Böyüklərin çılpaq fotolarını dərc etmək də olmaz, çünki bu, bəzi istifadəçilərin hisslərini alçalda bilər. Lakin lüt insan bədəninin əks olunduğu sənət nümunələrini, ananın öz körpəsinə süd verməsi və digər bu tipli paylaşımlar olar;

- İstifadəçilər öz adları ilə qeydiyyatdan keçməli və düzgün informasiyalar təqdim etməlidir. Yalan məlumatlar qadağandır. (Bu, ən çox pozulan qaydalardan biridir.

Xəbər lenti