Fatih Terim dünya üçüncüsü olacaq - İnanılmaz transfer təklifi

Fatih Terim dünya üçüncüsü olacaq - İnanılmaz transfer təklifi
Çinin "Daliyan Yifanq" klubu "Qalatasaray"ın baş məşqçisi Fatih Terimi transfer etmək niyyətindədir.
 
Klub bu keçid üçün baş məşqçiyə 10 milyon avro ödəməyə hazırdır.

Xəbər İspaniya mətbuatında yer alıb. "Marca" radiosu hazırda Bernd Şusterin başında olduğu, Qatian və Karrsako kimi ulduzları almasına rəğmən 16 komandalıq liqada 15-ci sırada olan "Daliyan Difanq"ın Fatih Terimi israrla istədiyini bildirib. Xəbərə görə, Fatih Terimi "Daliyan"a Xose Mourinyo məsləhət görüb.

Keçid baş tutarsa, Terim Quardiola və Mourinyodan sonra dünyanın ən çox qazanan 3-cü baş məşqçisi olacaq.

Qeyd edək ki, təcrübəli baş məşqçinin "Qalatasaray"la müqavilə müddətinin bitməsinə 1 il var.(publika.az)
Загрузка...

Xəbər lenti