“Fənərbaxça” səfərdə qələbə qazandı

“Fənərbaxça” səfərdə qələbə qazandı

Türkiyə superliqasında 25-ci turun oyunları davam etdirilir.

Qol.az-ın xəbərinə görə, bu gün səfərdə “Yeni Malatyaspor”la qarşılaşan “Fənərbaxça” 2:0 hesabı ilə qələbə qazanıb. Qolları Noyştedter (34-cü dəq.) və Juliano (90+2) vurublar. Bu qələbə sayəsində Aykut Kocamanın komandası xalını 47-ə yüksəldib və 4-cü pillədəki mövqeyini daha da möhkəmlədib.

24 oyundan 50 xalı olan lider “Qalatasaray” isə “Konyaspor”u qəbul edəcək. Oyun bu gün Bakı vaxtı ilə saat 20.00-da başlanacaq.

Загрузка...

Xəbər lenti