“Fənərbaxça” məşhur futbolçunu transfer etdi

“Fənərbaxça” məşhur futbolçunu transfer etdi
Türkiyənin "Fənərbaxça” klubu məşhur futbolçu Maykl Freyi heyətinə qatıb.

Cebhe.info Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada deyilir.

İstanbulda tibbi yoxlamadan keçdikdən sonra klub futbolçu ilə 4 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Maykl Frey İsveçrənin "Zürix” futbol klubunda oynayıb.

2017/18 mövsümündə 36 matça çıxan 24 yaşlı futbolçu 16 qol vurub, 6 dəfə qola assisentlik edib.
Загрузка...

Xəbər lenti