"Fənərbaxça"dan süpriz transfer

Növbəti mövsüm üçün indidən hazırlıqlara başlayan "Fənərbaxça"nın ilk hədəfi "Şaxtyor"un hücumçusu Fakundo Fereyradır.

Panorama.Az Media24.Az-a istinadən xəbər verir ki, Türkiyə təmsilçisi, Ukraynanın "Şaxtyor" komandasının şərəfini qoruyan Fakundo Fereyranı transfer etmək istəyir. Bu mövsüm göstərdiyi oyunla bir çox klubun marağında olan Fereyranın müqaviləsi mövsüm sonunda bitir.

Baş məşqçi Aykut Kocamanın da istədiyi futbolçu üçün, klub idarəçilərinin yaxın günlərdə Ukraynaya gedərək, oyunçunun meneceri ilə görüşəcəklər. Bu görüşdə Fereyranın şərtlərini öyrənib, sonra bir qərar veriləcək.

27 yaşlı Fakundo Fereyranın müqaviləsi may ayının 30 da bitir, və futbolçu razılaşarsa "Fənərbaxça" oyunçu azad agent kimi transfer edəcək.

Bu mövsüm 27 oyunda iştirak edən Fereyra 20 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib.
Загрузка...

Xəbər lenti