FES qərarı: dollar bahalaşacaq, ancaq… - Ekspert

FES qərarı: dollar bahalaşacaq, ancaq… - Ekspert
ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) uçot dərəcəsini artıracaq, ancaq bunun qlobal bazarlara ciddi təsiri olmayacaq.

Bu sözləri Axar.az-a FES-in növbəti toplantısı ilə bağlı gözləntiləri haqda danışarkən iqtisadçı Natiq Cəfərli deyib.

"Növbəti faiz artımının qlobal bazarlara ciddi təsiri olmayacaq, çünki FES bütün hərəkətləri barədə öncədən xəbərdarlıq edir. Ona görə də qlobal bazarlar artıq faiz artımı xəbərini həzm edib. Uçot dərəcəsinin artırılması nəticəsində dollar dünyada yüngülvari bahalaşacaq”, - ekspert bildirib.

İqtisadçı FES-in artım qərarının neftə təsirindən də söz açıb:

"Neftlə bağlı maraqlı hadisələr iyunun sonuna yaxın, yəni OPEK-in Vyana toplantısından sonra baş verəcək. Çox güman ki, OPEK ABŞ-ın istəyinə uyğun olaraq hasilatın gündəlik 1 milyon barrel artırılması ilə bağlı qərar qəbul edəcək. Bu halda isə dünya bazarında neftin qiyməti 70 dollardan aşağı düşəcək”.

Qeyd edək ki, FES-in bu gün axşam növbəti faiz artımına gedəcəyi ehtimalı olunur.


Xəbər lenti