Firidun Nəbiyevin fəaliyyəti təftiş olunacaq

Firidun Nəbiyevin fəaliyyəti təftiş olunacaq
"Dövlət Miqrasiya Xidmətində rüşvətxorluğa son qoyulmalıdır”. 

Unikal.org xəbər verir ki, bu sözləri Azərbaycan Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev Dövlət Miqrasiya Xidmətinin (DMX) yeni rəisi Vüsal Hüseynovu kollektivə təqdim edərkən deyib. R.Mehdiyevin səsləndirdiyi sözlər sözügedən qurumun fəaliyyətində ciddi qüsurların olduğundan xəbər verir. Prezident İlham Əliyevin Azərbaycanda turizmin inkişafı sahəsində verdiyi qərarlar, atdığı addımlar əcnəbi turistlərin ölkəyə cəlb edilməsinə yönəlib. Amma görünən odur ki, ölkə rəhbərinin həyata keçirdiyi tədbirlərə kölgə salmaq istəyənlər də az deyil. Elə məmurlar içərisində… 

Ölkənin giriş qapısında turistlərə yaradılan problemlər İlham Əliyevin ciddi narahatçılığına səbəb olub. Əbəs yerə deyil ki, Adminstrasiya rəhbəri təqdimat zamanı Prezident İlham Əliyevin Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinə müəyyən iradlar tutduğunu bildirib, Xidmətdəki nöqsanların aradan qaldırılmasının vacibliyini vurğulayıb: 

"Möhtərəm Prezident hesab edir ki, Dövlət Miqrasiya Xidmətində təmizlik, aşkarlıq və şəffaflıq olmalıdır. Rüşvətxorluğa son qoyulmalıdır. Elə olmamalıdır ki, sabah eyni hallar baş versin və aidiyyatı insanlar məsuliyyətə cəlb edilsin. Dövlət Miqrasiya Xidməti Azərbaycanın qapısıdır. O, şəffaf, açıq və təmiz işləməlidir. Əgər Dövlət Miqrasiya Xidməti hörmət qazandırmırsa, belə bir qurum Azərbaycan üçün lazımsızdır”. 

R. Mehdiyevin söylədiyi bu fikirlər bir daha qurumda vəziyyətin acınacaqlı olduğunu sübut edir. Prezident Administrasiyasının çıxışından belə məlum olur ki, Firudin Nəbiyevin vəzifəsindən çıxarılması Dövlət Miqrasiya Xidmətində baş verən rüşvətxorluqla bağlı olub. Ramiz Mehdiyevin sözləri, yeni rəisin Dövlət Miqrasiya Xidmətində ciddi "təmizlik” aparacağından xəbər verir. Eyni zamanda Dövlət Miqrasiya Xidmətin sabiq rəisi Firudin Nəbiyevlə bağlı cinayət işinin açılması, onun məsuliyyətə cəlb olunması da istisna deyil.
Загрузка...

Xəbər lenti