Fiziki şəxslər ölkəyə nə qədər spirtli içki və siqaret gətirə bilər?

Fiziki şəxslər ölkəyə nə qədər spirtli içki və siqaret gətirə bilər?
Milli Məclisdə "Vergi Məcəlləsi”nə edilən dəyişiklik təsdiq edilib.

"Ölkə.Az” xəbər verir ki, dəyişikliyə əsasən, fiziki şəxs fərdi istehlak üçün  1.5lit alkoqollu içkinin, 200 ədəd siqaret, 20 qram qızıl, ondan hazırlanmış zərgəlik və digər məişət məmulatlarının, emal olunmuş çeşidlənmiş, çərçivəyə slaınmış və bərkidilmiş  0.5 karat almazın idxalı, həmçinin Azərbaycan Respublikasına avtomobillərlə gələn şəxslər üçün həmin avtomobilin texniki pasportu ilə nəzərdə tutulmuş bakındakı yanacaq  aksizindən azad edilir. 
Aksiz markası ilə markalanmalı olan malların ölkə əraizisində dövriyyəsinin tənzimlənməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.  Həmin qaydaların tələblərini pozan şəxs İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır.
Загрузка...

Xəbər lenti