Fransada etirazçılara qarşı sərt qərar: Polislərə “vur” əmri verildi

Fransada etirazçılara qarşı sərt qərar: Polislərə “vur” əmri verildi
Fransız hökuməti polis və əsgərlərinə aksiyaçılara qarşı "vur” əmri verib.
Bir neçə müddətdir hər həftənin şənbə günü "sarı jiletlilər” hökumətə etiraz məqsədilə küçələrdə aksiya keçirirlər.

Fransız hökuməti aylardır davam edən etirazlarda ilk dəfə olaraq polislərə aksiyaçılara güllə atmağa icazə verib.

General Bruno Leray verdiyi açıqlamada qeyd edib ki, təhlükəsizlik qüvvələrinin öz həyatı və qoruduğu insanların həyatları təhlükəyə girərsə atəş aça bilərlər.

Qeyd edək ki, aksiyanın növbəti mərhələsi sabah baş tutacaq. Polis təşkilatı artıq Parisin bəzi bölgələrində aksiya keçirilməsinə icazə verilməycəyini açıqlayıb. (Qafqazinfo.az)
Загрузка...

Xəbər lenti