Futbolçu fanatına kurtka bağışladı - Nişan üzüyünü də hədiyyənin içində unutdu

Futbolçu fanatına kurtka bağışladı - Nişan üzüyünü də hədiyyənin içində unutdu
İngilis klubu "Bolton”un müdafiəçisi mark Littl "Nottingem Forrest” üzərində qələbədən sonra azarkeşlərdən birinə kurtkasını bağışlayıb, amma nişan üzüyünü də onun içində unudub. 

Moderator.az Lenta.ru-ya istinadən xəbər verir ki, futbolçu bu barədə özünün Tvitter səhifəsində yazıb.

Littl sosial şəbəkələr vasitəsilə azarkeşdən xahiş edib ki, üzük və cüzdanı geri qaytarsın. Bir müddətdən sonra fanat unudulmuş əşyaları müdafiəçiyə qaytarıb. O da öz növbəsində yenə bu barədə sosial şəbəkədə məlumat yayıb.

Mayın 6-da "Nottingem Forrest”lə oyunda "Bolton” 85-ci dəqiqəyədək 1-2 hesabı ilə uduzurdu, amma qalan vaxtda iki qol vuraraq qələbəni qoparda bilib: 3-2. Bu qələbə imkan verib ki, komanda Çempionşipi tərk etməsin.

2015-in dekabrında hücumçu Zlatan İbrahimoviç də oyundan sonra stadiona girən azarkeşə futbol köynəyini bağışlamışdı.
Загрузка...

Xəbər lenti