Futbolçular qəzaya düşdü: 1 ölü, 6 yaralı

Futbolçular qəzaya düşdü: 1 ölü, 6 yaralı
Belarusda futbolçuları daşıyan avtobus qəzaya uğrayıb.

Panorama.Az-ın yenicag.az-a istinadən xəbər verir ki, hadisə Kamenets - Şereşevo - Şvisloç magistralında qeydə alınıb.

2005-ci il təvəllüdlü uşaq futbolçulardan ibarət komandanı səfərə aparan avtobus başqa bir maşınla toqquşub. Nəticədə ön sıralarda oturmuş uşaqlardan biri ölüb. Daha altı futbolçu ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Загрузка...

Xəbər lenti