Futbolçuların rus qızlarla görüşməsinə qadağa qoyuldu

Futbolçuların rus qızlarla görüşməsinə qadağa qoyuldu
Nigeriya millisinin baş məşqçisi Hernot Roxr yığma komandanın futbolçularının öz həyat yoldaşları və rəfiqələri ilə Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatında görüşə biləcəklərini açıqlayıb.

"Oyunçular öz həyat yoldaşları və ailə üzvləri ilə çempionat ərzində görüşə biləcək. Hər bir futbolçunun öz otağı olacaq, onlar matç və məşq günlərindən savayı qalan günlərdə ailə üzvlərini qəbul edə biləcəklər", - deyə baş məşqçi bildirib.

Yığmanın çalışdırıcısı dünya çempionatında futbolçularına rus qızlarla görüşməyi qadağan edib.

"Kim olursa olsun, oyunçularımın rus qızlarla görüşməsinə icazə verməyəcəm", - deyə Roxr bildirib.

Qadağa bircə yığmanın kapitanı Con Obi Mikelaya şamil olunmayacaq. Belə ki, onun həyat yoldaşı rus əsillidir.

oxu.az
Загрузка...

Xəbər lenti