Gecə Bakını bürüyən dumanın SƏBƏBİ

Gecə Bakını bürüyən dumanın SƏBƏBİ
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gecə havanın kəskin dumanlı olmasının səbəbini açıqlayıb.
"Ölkə.Az" xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji təbliğat sektorunun müdiri Umayra Tağıyeva Oxu.Az-a açıqlamasında bildirib ki, dumanın yaranmasına səbəb kəskin isti olub. 

Onun sözlərinə görə, son günlər Azərbaycanda anomal isti müşahidə edilib:
"Nəticədə nisbi rütubət normadan yüksək olub. Atmosferin yer səthinə yaxın qatında inversiya müşahidə edilib. Bununla əlaqədər şəhərin bəzi ərazilərdə duman müşahidə olunub”.

Umayra Tağıyeva qeyd edib ki, məsələ barədə daha geniş məlumat veriləcək.

Xəbər lenti