Gələn il Qarabağda toqquşmalar başlayır və Bakı... - Rus politoloq HƏR ŞEYİ AÇDI

Gələn il Qarabağda toqquşmalar başlayır və Bakı... - Rus politoloq HƏR ŞEYİ AÇDI
Rusiyalı politoloq, Milli Strategiya İnstitutunun rəhbəri Mixail Remizov 2019-cu ildə Rusiya üçün əsas riskləri açıqlayıb.
 
Panorama.az publika.az-a istinadla xəbər verir ki, Remizov gələn il Rusiyanın sərhədləri yaxınlığında Qərblə qarşıdurma aparacağını proqnozlaşdırır. Onun fikrincə, Rusiya üçün başlıca risk Qərblə aparılan iqtisadi müharibə olacaq. "Bu riski əsas təhlükə hesab etmək olar. Bununla yanaşı, Rusiyanın sərhədləri yaxınlığında münaqişələrin alovlanması riski mövcuddur. Ukraynada toqquşmanın yenidən alovlanması riski də gündəmdədir", - deyə o bildirib.

M.Remizov qeyd edib ki, 2019-cu ildə Dağlıq Qarabağda hərbi eskalasiyanın güclənməsi ehtimalı böyükdür: "Müharibə ehtimalı aradan qalxmayıb və toqquşmaların başlanması üçün səbəblər var. Misal üçün, Ermənistan-Rusiya münasibətləri çətin dövr yaşayır və Azərbaycan bu vəziyyətdən istifadə edə bilər. Rusiya üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) münasibətlərin kəskinləşməsi riski də var. Çünki Moskva Ermənistana dəstək versə, bu təşkilatın digər üzvləri ilə münasibətlərin pisləşməsinə səbəb olacaq, yaxud əksini etmək də eyni nəticəni hasil edəcək". Rusiyalı politoloq Yaxın Şərq, Mərkəzi Asiya kimi bölgələrdə də Rusiya üçün riskli proseslərin ola biləcəyini hesab edir.

Загрузка...

Xəbər lenti