General-mayorun cəsədi aşkarlandı

General-mayorun cəsədi aşkarlandı
Moskvada Federal Təhlükəsizlik Xidmətinin general-mayorunun cəsədi aşkarlanıb.
BakuPost xəbər verir ki, bu barədə məlumatı TASS agentliyi yayıb. 
Məlumata görə, general-mayorun cəsədi onun mənzilində aşkarlanıb. Onun FTX-nin idarələrindən birinin rəhbəri olduğu bildirilib. Cəsədin üzərində heç bir zorakılıq əlaməti qeydə alınmayıb.
"Mash” Teleqram kanalı ölən şəxsin 59 yaşının olduğu haqqında məlumat yayıb. Onun həmçinin SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin 10-cu İdarəsində çalışdığı da bildirilib.
 
Загрузка...

Xəbər lenti