Gülən üçün son 48 SAAT – ABŞ qərarını açıqlayacaq

Gülən üçün son 48 SAAT – ABŞ qərarını açıqlayacaq
ABŞ-ın Dövlət Departamenti, Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyinin nümayəndələrindən ibarət nümayəndə heyəti iyulun 13-də Ankarada Fəthullahçı Terror Təşkilatının (FETÖ) lideri Fəthullah Gülənin Türkiyəyə ekstradisiyası məsələsini müzakirə edəcək.

Publika.az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyənin Xarici İşlər Nazirliyinin nümayəndəsinin bəyanatında deyilir.

"Biz ABŞ-la ikitərəfli münasibətlərimizin müxtəlif aspektlərini texniki səviyyədə daim müzakirə edirik. Bununla əlaqədar olaraq iyulun 13-də Ankarada iki ölkə FETÖ ilə mübarizə mövzusunu, ilk növbədə Fəthullah Gülənin Türkiyəyə verilməsi məsələsini müzakirə edəcəyik. Həmçinin, Türkiyədə saxlanılan ABŞ vətəndaşları və ABŞ-da həbsdə olan "Halkbank”ın baş direktorunun keçmiş müavini Hakan Atillanin işi müzakirə ediləcək”, - bəyanatda bildirilir.

Qeyd edək ki, Türkiyə hakimiyyəti FETÖ liderini 2016-cı ilin iyulunda çevrilişin cəhdinə iştirakda ittiham edir və ABŞ-dan onun ekstradisiyasını tələb edir.

May ayında isə Nyu-York məhkəməsi Hakan Atillanı ABŞ-ın İrana qarşı sanksiyalarını pozmaqda ittiham edərək 32 ay müddətinə azadlıqdan məhrum edib. Ankaranın mövqeyinə görə, məhkəmənin qərarı qanunsuzdur və saxta dəlillərlə əsaslandırılıb.
Загрузка...

Xəbər lenti