Gürcülərlə azərbaycanlılar arasında kütləvi dava olub

Gürcülərlə azərbaycanlılar arasında kütləvi dava olub
Gürcüstanın paytaxtı Tbilisidə gürcülər və azərbaycanlılar arasında kütləvi dava düşüb.

Panorama APA-nın yerli bürosuna istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, dava zamanı xəsarət alan bir etnik azərbaycanlı xəstəxanaya çatdırılıb, yaralı bir neçə nəfərə isə ilkin tibbi yardım göstərilib. Xəsarət alan şəxslər hücum edənlərin beş nəfər olduğunu bildiriblər. Davanın etnik zəmində baş vermədiyi bildirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

loading...

Xəbər lenti