Gürcüstanda əhaliyə xəbərdarlıq: Qasırğa olacaq

Gürcüstanda əhaliyə xəbərdarlıq: Qasırğa olacaq
Gürcüstanda hava şəraiti kəskin dəyişəcək, Qara dəniz sahillərində qasırğa olacaq.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstan Ətraf Mühit Milli Agentliyi xəbərdarlıq yayıb.

Məlumatda deyilir ki, avqustun 30-31-də ölkə ərazisində güclü yağışlar yağacaq, bəzi bölgələrdə dolu düşəcək, güclü külək əsəcək. Qara dənizin Gürcüstan sahillərində 4-5 ballıq qasırğa gözlənilir. Sahilboyu qırmızı fənərlər yandırılıb, dənizə girmək qadağandır.

Məlumat verilir ki, güclü leysan nəticəsində çaylarda suyun səviyyəsi qalxacaq, torpaq sürüşməsi təhlükəsi var.

loading...

Xəbər lenti