“Hakimlərə ən azı 10 min manat maaş verilməlidir” - Qüdrət Həsənquliyev

“Hakimlərə ən azı 10 min manat maaş verilməlidir” - Qüdrət Həsənquliyev
"Hakimlərin iqtisadi müstəqilliyi məsələsinə də yenidən baxmalıyıq. Əgər hakimin evi yoxdursa, evlə təmin olunmalı, xidməti avtomobil verilməlidir. Hakimlərə ən azı 10 min manat maaş verilməlidir”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, hazırda Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Apellyasiya Məhkəməsinin hakimləri parlamentin razılığı ilə Prezident tərəfindən təyin edilir:

"Prezidentin qərarı ilə hakimliyə təyin olunan şəxslər Məhkəmə-Hüquq Şurası tərəfindən necə vəzifədən uzaqlaşdırıla bilər? Hazırda Məhkəmə-Hüquq Şurası tərəfindən hakimləri intizamsızlığa görə işdən çıxarmaq daha asandır, nəinki cinayət törətdikdə. Hakimlər ya 70 yaşına qədər, ya da ömürlük təyin olunmalıdır”.
loading...

Xəbər lenti