Hansı pullarda daha çox mikrob var? – ARAŞDIRMA

Hansı pullarda daha çox mikrob var? – ARAŞDIRMA
Plastik bank kartları təkcə rahatlığı və etibarlılığı ilə seçilmir, eyni zamanda müxtəlif infeksiyalara yoluxma baxımından kağız və dəmir pullardan daha təhlükəsizdir. Rusiyalı alimlərə görə bir pul əskinazında olan patogen bakteriya və mikrobların sayı kiçik epidemiya yaratmağa belə kifayət edər.

Oxu.Az xəbər verir ki, bu haqda "RİA Novosti” məlumat yayıb.

Rusiyanın N.F.Qamaley adına epidemiologiya və mikrobiologiya elmi tədqiqat mərkəzinin alimlərinə görə, Rusiya ərazisində ən natəmiz əskinaz əlli rublluq əskinazlardır.

Sözügedən əskinazda tuberkulyoz, sətəlcəm, meningit və digər xəstəliklərə səbəb ola bilən 34 patogen mikroorqanizm aşkarlanıb.

ABŞ-ın bir dollarlıq əskinazı isə dünyanın ən çirkli əskinazlarından sayılır. Nyu-York universitetindən olan tədqiqatçılar ən aşağı nominallı dollarda dörd yüz növ təhlükəli mikroorqanizm üzə çıxarıb.

Onların arasında irinli səpgi, vaginal yolun infeksiyası, ağız boşluğu infeksiyaları və digər xəstəliklərə səbəb olan bakteriya və viruslar yer alır.

Dünyanın ən natəmiz əskinası isə Braziliya realıdır. Sözügüdən kağız pulda üç mindən çox mikrob növü tapılıb.
Загрузка...

Xəbər lenti