Həbs olunmuş dünya çempionumuzla bağlı ŞOK AÇIQLAMA - "Arvadı dedi ki, onu qadınla..."

19 Fevral 2019, 16:56
19 Fevral
2019
16:56
569
Qadın kikboksinq millimizin kapitanı Həqiqət İldırımovanın Oxu.Az saytına müsahibəsi
– Həbs olunmuş Anar Süleymanov sizin məşqçiniz, müəlliminiz, onun döydüyü Şamama Bayramova isə sizin komanda yoldaşınız olub. Şamama evləndikdən sonra da sizinlə məşq edirdi?
– Yox, ailə qurduqdan sonra bizimlə məşq etməyib.
– Məşq etməyinə Anar icazə vermirdi?
– Vallah, bunu dəqiq deyə bilmərəm.
– Əvvəl də məşqçinizdə şiddətə meyillilik hiss etmişdinizmi?
– İnsani baxımdan mən ondan narazı qalmamışam. Onun yanına müğənnilər, onların övladları da məşq etməyə gəlib. Ədalət Şükürov, Samirə kimi müğənnilər zalda onunla məşq edib. Əgər kimsə ondan belə hərəkət görsəydi, məşqdən uzaqlaşardı. Bu, ailədaxili söhbət olsa da, artıq ictimailəşib. Bir şilləyə görə bunu ictimailəşdirmək, Anar müəllimi PKK üzvü, manyak, mazoxist kimi təqdim etmək tək ona yox, bütün idmançılara təsir edir.
Hər bir ailədə belə söz-söhbətlər olur. Azərbaycanda boşanmaların sayı da çoxalıb. Amma bu, o demək deyil ki, hər boşanan ailə bunu ictimailəşdirməlidir.
Kim ki saytlardakı xəbərlərə Anar Süleymanovun xeyrinə "comment” yazırsa, Şamamanın yaxınları onları etikaya sığmayan şəkildə təhqir edir. Şamama onun tələbələrinə "screen”lər atır ki, baxın, görün, Anar sizin haqqınızda nə yazıb, sizə pis gözlə yanaşıb.
Mənə də yazıb. Şamamaya dedim ki, yaxşı, bunu bir qadın olaraq başa düşdüm, amma mənə onun səni boğmağın, dilini, dırnaqlarını çıxarmağına dair şəkillərindən göstər. O mənə heç birini göstərə bilmədi. Bir-ikisini göstərdi, dırnaqlarının boyası yerində idi.
Yalnız bir qulağında qırmızı ləkə vardı. Mən də dedim ki, idmançıyıq, zədənin nə olduğunu bilirəm. Qayıdıb mənə dedi ki, sən mənə inanmırsan, balanın başına gəlsin, həbsxanada ona çörək aparasan. Eşitdiyimə görə, məni polisə verib. Guya mən onu ölümlə təhdid etmişəm (gülür).
– Onun sizə göndərdiyi şəkilləri, bəlkə, bizə də göndərəsiniz...
– O, məni "block” etdiyi üçün indi o şəkillər məndə görünmür. Mən onunla "Instagram”da yazışmışam. Məsələ artıq ictimailəşdiyindən, mən də öz fikirlərimi "Instagram”da yazırdım. Sonra özü mənə yazdı ki, niyə onun tərəfini saxlayırsan?! Toy gününün səhəri Anar müəllim status yazmışdı ki, kross qaçış edir. Dedim ki, müəllim, dünən toyunuz olub, bu nə qaçışdır? "Heç nə” deyib cavab verməkdən imtina etdi. Bir müddət sonra İtaliyadakı dünya çempionatına Fatimə və Fidan bacılarını apardı. Bir şilləyə görə onun anası, bacısını söymək düz deyil.
– Anarın anasının fikirlərindən belə başa düşmək olur ki, ortada xəyanət söhbəti də olub. Bu, nə dərəcədə doğru ola bilər?
– Mən də elə düşünürəm. Açığı, Anar müəllim məşqlərdə gərgin olurdu. Gərginliyi barədə soruşduqda bizə danışmırdı ki, ailə məsələsidir. Hər dəfə söhbətdən yayınırdı. Anar müəllim bizə çox nəvazişlə davranır, o deyildiyi kimi, adam vuran, döyən biri deyil. Mən də boşanmışam, həyat yoldaşım mənə qarşı da şiddət tətbiq edib. Üç uşağım var, alimentlər vaxtında verilir. Amma mən ailədaxili məsələni ictimailəşdirməmişəm...
Oxu: Həbsdə olan idmançının dostu: O cəllad deyil, Anarı ləkələdilər
"Instagram”a həmişə öz dostları ilə şəkilləri qoyurdu. Mən də fikirləşirdim ki, nə əcəb o, həyat yoldaşı ilə şəkil çəkdirmir? Elə Şamama da öz profilində yalnız öz şəkillərini paylaşırdı. Mən də deyirdim ki, döyüldüyünü göstərən sübut kimi şəkilləri də paylaş, biz də görək. Soruşdum ki, səni niyə döyüb. O da dedi ki, mən onu qadınla tutmuşam. Bu, absurd fikirdir.
Onsuz da Azərbaycanda kişilərin səksən faizi evli ola-ola öz subaylıq həyatını davam etdirir. Deyir ki, psixoloq yanına gedirəm. Psixoloq yanına gedən adam özünə qapalı olar və heç vaxt məsələsini ictimailəşdirməz.
– Siz ailə quranadək Şamama ilə məşq etmisiniz. Subay vaxtı onu necə biri kimi tanımısınız?
– Açığı, uşaqlarımı yerləşdirib gəldiyimə görə, həmişə məşqlərə hamıdan gec gəlmişəm. Məşqdə də heç kimlə ünsiyyət qurmurdum. Amma Fidan və Fatimə bacılarının anasının mənə dediyinə görə, o, çox özündənrazı, kaprizli qız idi. Özüm ünsiyyətdə olmadığımdan heç nə deyə bilmərəm.
loading...
Xəbər lenti
-
18:35“EuroHome”dakı yanğın zamanı oğurluq edən şəxslər saxlanılıb
-
18:32Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
-
18:30Prezident Nazirlər Kabinetinə yeni səlahiyyət verdi
-
18:30Bakıda avtobusa hücum - Sürücü döyüldü
-
18:29Bu şəxslərin maaşı artırıldı - SƏRƏNCAM
-
18:28Prezident Mədət Quliyevə yeni vəzifə verdi - SƏRƏNCAM
-
18:27Məcburi köçkün gənclər kiçik sahibkarlıq fəaliyyətinə başlamaq üçün avadanlıqlarla təmin edilib
-
18:26Anar Ələkbərov Aslan İsmayılova zəng etdi
-
18:20Rəqəmsal transformasiya və rəqəmsal hökumət quruculuğu sahəsində koordinasiya varmı ?
-
10:55“Qobu Park-2” yaşayış kompleksinə hansı obyektlərdən köçürülmə aparılıb
-
16:52Həştərxan loqistika habının yükdaşıma həcmi ildə 1 milyon tona çata bilər
-
16:49Dövlət Komitəsinin sədri gənc könüllüləri təbrik edib
-
21:22Bu tarixlərdə qeyri-iş günü olacaq - SƏRƏNCAM
-
18:54Prezident Kərəm Həsənovu özünə köməkçi təyin etdi
-
18:52Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsi ləğv edilib
-
18:44Məcburi köçkünlərə hüquqi yardım göstəriləcək
-
18:29Prezidentdən Natiq Əmirovla bağlı - SƏRƏNCAM
-
18:29Prezidentdən Şahin Əliyevlə bağlı - SƏRƏNCAM
-
18:28Prezident Ədalət Vəliyevlə bağlı sərəncam imzaladı
-
18:27İlham Əliyevdən Fərəh Əliyeva ilə bağlı - SƏRƏNCAM
-
18:27İlham Əliyev Süleyman İsmayılova yüksək vəzifə verdi
-
18:24Prezident Administrasiyasının daha üç şöbəsi ləğv olunub - SİYAHI
-
18:23Prezidentdən Hikmət Hacıyevlə bağlı SƏRƏNCAM
-
18:22Prezident Katibliyinin rəisi-köməkçi postu ləğv edildi
-
18:21Prezident Məhərrəm Əliyevi yüksək vəzifəyə təyin etdi - General-polkovnik rütbəsi verildi
-
17:53Anar Ələkbərov Prezidentin köməkçisi oldu
-
17:46Prezident Administrasiyasının yeni strukturu – TAM SİYAHI
-
17:36İlham Əliyev Əli Həsənovu vəzifəsindən AZAD ETDİ - SƏRƏNCAM
-
17:29Prezidentdən mühüm sərəncam - Onu da vəzifəsindən azad etdi
-
17:22Administrasiyaya yeni şöbə müdirləri təyin edildi
-
16:58Yaşar Əliyev: "Qızım Ombudsman seçilərkən..." - FOTO
-
16:57İlham Əliyev İsrafil Məmmədovu qəbul etdi - FOTO
-
16:54Prezidentin yeni köməkçisi kimdir? - DOSYE
-
16:14Prezidentdən mühüm SƏRƏNCAM - Özünə köməkçi təyin etdi
-
15:16“Jurnalist binaları”nın sakinləri marşrutsuz qalıb - BNA isə “səbrli olsunlar” deyir
-
15:15“YAP-ın deputatları ciddi şəkildə dəyişəcək” - Siyavuş Novruzov
-
15:14Nazirlərin dekabr üçün QƏBUL GÜNLƏRİ açıqlandı
-
15:02Məcburi köçkün gənclərə şəxsi biznesini qurmaq üçün avadanlıqlar təqdim edilib - FOTO
-
14:50Milli Məclis nə vaxt buraxılacaq? - Tarix açıqlandı
-
14:48Yeni Ombudsman and içdi
10 Dekabr 2019
05 Dekabr 2019
02 Dekabr 2019
29 Noyabr 2019
Digər xəbərlər
-
İDMAN
"Qarabağ" qrupdan çıxa bilmədi - VİDEO
-
İDMAN
“Qarabağ” Avropa Liqasının rekordçusu ilə üz-üzə
-
İDMAN
İbrahimoviçi belə ələ salan olmamışdı - VİDEO
-
İDMAN
“Bizim üçün çox vacib oyundur” - Qurban Qurbanov
-
İDMAN
Ən yaxşı baş məşqçilərin reytinqi açıqlandı - Qurbanov neçəncidir?
-
İDMAN
Elxan Məmmədov: "Gedəcəyim təqdirdə hər şey düzələcəksə..." - VİDEO
-
İDMAN
“Qarabağ”a qol vurub anasına doğru qaçdı - VİDEO
-
İDMAN
Türkiyə Avro-2020-nin final mərhələsində!
-
İDMAN
ÇL tarixində ilk – final matçı Avropadan kənarda