Heç kim prezidentliyə namizəd olmadı – seçkilər təxirə salınacaq

Heç kim prezidentliyə namizəd olmadı – seçkilər təxirə salınacaq
Əlcəzairdə prezident seçkiləri təxirə salına bilər.
"Əl-Xəbər” nəşrinin verdiyi məlumata görə, buna səbəb iyulun 4-ə təyin edilmiş seçkilərlə əlaqədar namizədlərin heç birinin sənədlərini təqdim etməməsidir.

Namizədlərin qeydiyyat üçün sənədlərini təqdim etməsi müddəti mayın 25-də başa çatıb. 70-dən çox potensial namizədin qeydiyyat və imza toplanması üçün sənədləri götürsə də, bu müddətdə heç bir namizəd qeydiyyat alınması üçün sənədlərini təqdim etməyib. Bu isə avtomatik prezident seçkilərinin təxirə salınması deməkdir.

Qeyd edək ki, Əlcəzairdə 3 aydır ki, siyasi böhran davam edir. Etiraz aksiyaları nəticəsində 1999-cu ildən hakimiyyətdə olan sabiq prezident Əbdüləziz Buteflika aprelin 2-də postunu tərk etməli olub. Konstitusiyaya əsasən ölkəyə müvəqqəti parlamentin Yuxarı Palatasının sədri Əbdülkader Bensalah başçılıq edir. Ancaq Əlcəzair müxalifəti sabiq prezidentə yaxın olan Əbdülkader Bensalaha inanmır və ona görə də iyulun 4-də prezident seçkilərinin keçirilməsinə qarşı çıxır. (ona.az)

Загрузка...

Xəbər lenti