Hərbi məktəbdə partlayış: yaralılar var - Türkiyədə

Hərbi məktəbdə partlayış: yaralılar var - Türkiyədə
Türkiyədə hərbi məktəbdə partlayış olub.

Bu barədə  Habertürk məlumat yayıb.

 Hadisə Ankarada, Poladlı rayonundakı hərbi məktəbdə qeydə alınıb.

Milli Müdafiə Nazirliyinin mətbuata verdiyi açıqlamada bildirilir:

"Topçu və Raket Məktəbində təlimata uyğun olaraq keçirilən ağır silahların atış təlimi zamanı 5 qəhrəman əsgərimiz yaralanıb”.

Yaralıların xəstəxanaya yerləşdirildiyi bildirilir.

Hadisə ilə bağlı Poladlı Cümhuriyyət Baş Prokurorluğu tərəfindən araşdırma aparılır.
 
//oxu.az

Загрузка...

Xəbər lenti