“Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsi başa çatdı - FOTOLAR

“Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsi başa çatdı - FOTOLAR
İyul ayının 20-dən 27-dək Qəbələ rayonu ərazisində, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Şəki” sərhəd dəstəsinin "Laza” sərhəd zastavasında təşkil olunan "Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsi başa çatıb.
 
Bu barərə Panorama.az-a DSX-nin mətbuat xidmətindən məlumat verilib.

Düşərgəyə cəlb olunmuş könüllülər hərbi nizamnamələrin tələblərinə uyğun olaraq sərhədçi həyatı yaşayıb, sərhəd xidmətinin xüsusiyyətləri ilə yaxından tanış olublar. Düşərgənin fəaliyyət göstərdiyi müddət ərzində müxtəlif silahlarla, hərbi texnika ilə tanışlıq, pnevmatik silahdan atışların yerinə yetirilməsi, silahların sökülməsi və yığılması, narkotik maddə və partlayıcı vasitənin xidməti itlər tərəfindən axtarılıb tapılması, çevikçilərin nümunəvi çıxışları, "Sərhəd naryadı tərəfindən sərhəd pozucusunun yaxalanması və sərhəd zastavasına müşayiət edilməsi”, "Maskalanma”, "Ləpirçilik” və sıra hazırlığı üzrə nümunəvi praktiki məşğələlər və digər tədbirlər könüllülərin istirahətini daha maraqlı və səmərəli edibdir.

Azərbaycanın Milli Qəhrəmanı, Dövlət Sərhəd Xidmətinin sıralarında xidmət edən polkovnik İntiqam Atakişiyevlə və 2016-cı ilin aprel doyuşlərinin iştirakçıları ilə keçirilən göruş, diskussiyaların aparılması da yaddaqalan tədbirlərdən olub.

İyulun 24-də Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Səfər Mehdiyev və Prezident yanında Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev hərbi vətənpərvərlik düşərgəsinin iştirakçıları ilə görüşüblər.

İyul ayının 27-də "Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsinin başa çatması ilə əlaqədar mərasim keçirilib. Mərasimdə düşərgəyə cəlb olunmuş könüllülərə sertifikatlar təqdim olunub, yarışlarda qalib gələnlər mükafatlandırılıb, xatirə hədiyyələri təqdim edilib.
 
 










Загрузка...

Xəbər lenti