Hikmət Hacıyevə yüksək vəzifə verildi

Hikmət Hacıyevə yüksək vəzifə verildi
Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev sentyabrın 17-də Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbərinin müavini vəzifəsinə təyin olunub.

Trend-in məlumatına görə, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri vəzifəsi Novruz Məmmədovun baş nazir təyin olunmasından sonra boş qaldığı üçün Hikmət Hacıyev faktiki olaraq şöbə rəhbərinin səlahiyyətlərini icra edəcək.

H.Hacıyev 2014-cü ildən XİN-in mətbuat xidmətinin rəhbəri işləyirdi.
Загрузка...

Xəbər lenti