Hindistanda inək kəsən müsəlmanı döyə-döyə öldürdülər

Hindistanda inək kəsən müsəlmanı döyə-döyə öldürdülər
Hindistanda inək kəsən müsəlmanı döyə-döyə öldürüblər.

Panorama.Az Asianews-a istinadla xəbər verir ki, Hindistanın Madhya Pradeş vilayətində dərzi işləyən 45 yaşlı müsəlman Riyaz hindistanlılar tərəfindən döyülərək öldürülüb.

38 yaşlı müsəlman dostu ilə birlikdə inək kəsən Riyaz linç edilərək öldürülüb. Onun dostu isə ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Cinayətlə əlaqədar olaraq 4 nəfər saxlanılıb.

Qeyd edək ki, Hindistanda inək ən müqəddəs heyvan hesab olunur.
Загрузка...

Xəbər lenti