Hindli qadınların gözəllik sirləri - FOTO

Hindli qadınların gözəllik sirləri - FOTO
Hindistan qadınları daim gözəlliyi ilə seçilir. Bəs, parlaq saçlara və canlı cildə sahib olmaq üçün onlar nə edir?

Panorama.Az axşam.az-a istinadən hindli qızların gözəllik sirlərini təqdim edir:

1. Bir ədəd limonu bir çay qaşığı bal ilə qarışdırıb üzünüzə sürtün və 10 dəqiqədən sonra yuyun. Bu, dərinizə lazım olan nəmi verəcək.

2. Saçınızı həmişə eyni yerdən ayırsanız, bu, saç tökülməsinə gətirib çıxara bilər. Çalışın, saçlarınızın formasını tez-tez dəyişin.

3. Əgər kəpək probleminiz varsa, onda kakos yağı ilə bir çay qaşığı limon suyunu qarışdırıb saç diblərinizə çəkin. 1 saatdan sonra saçınızı yuyun.

4. Fikir vermisinizsə, hindli qadınların üzündə tük olmur. Tükdən qurtulmaq üçün ən asan yol noxud unu ilə sudur. Onlar bu qarışımı həftədə 2 dəfə üzlərinə çəkirlər, bir müddət sonra ovaraq çıxarırlar. Bununla lazerə getməyə ehtiyac qalmır.

5. Hindistanda qadınlar saç rəngini dəyişdirmək istəyərkən kimyəvi saç boyaları əvəzinə xınadan istifadə edirlər.

6. Makiyajı təmizləmək üçün kakos yağından istifadə edin. Bundan başqa, bu yağla saçlarınıza parlaqlıq verə, dərinizi nəmləndirə bilərsiniz.
Загрузка...

Xəbər lenti