İbrahimoviç "Milan"a qayıdır

İbrahimoviç
ABŞ-ın "Los-Anceles Qelaksi" klubunun futbolçusu Zlatan İbrahimoviç İtaliyanın "Milan" komandasında çıxış etməyə çox yaxındır.

Publika.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Milan təmsilçisi artıq 37 yaşlı hücumçu ilə razılıq əldə edib.

Təcrübəli forvard 6 ay "Milan"da çıxış edəcək. İsveçli oyunçu bu müddət ərzində 2.2 milyon avro qazanacaq.

Qeyd edək ki, Z.İbrahimoviçin ABŞ klubu ilə müqaviləsi 2019-cu ilin sonunda başa çatır. O, 2010-2012-ci illər aralığında "Milan"da çıxış edib.
loading...

Xəbər lenti