İcra başçısının qəbulunda gözlənilməz qərar: müavin istefa verdi

İcra başçısının qəbulunda gözlənilməz qərar: müavin istefa verdi
Ağsu rayon icra başçısının ikinci müavini Mikayılov İqbal Şahbaba oğlu istefa verib.

Rayona yeni icra başçısı təyin olunmuş Vahid Tağıyevin əhalini qəbul zamanı sakinlərdən birinin məsələsinə baxılıb.

Baku.ws-in əldə etdiyi məlumata görə, həmin şəxs probleminin həll olunmadığı üçün İ.Mikayılovdan şikayətçi olub. O isə ittihama cavab verə bilməyib.

Nəticədə vəzifəsindən istefa verməli olub.

loading...

Xəbər lenti