Çili etirazları rekord vurdu, küçələrə 1.2 milyon adam çıxdı - VİDEO

Çili etirazları rekord vurdu, küçələrə 1.2 milyon adam çıxdı - VİDEO
Ötən cümə günü oktyabrın 25-də Latın Amerikası ölkəsi Çilidə hökumət əleyhinə etirazlarda rekord vurulub. Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, paytaxt Santyaqo küçələrinə 1.2 milyondan çox adam çıxıb. Bu, Çili üçün bütün dövrlərin rekord rəqəmidir. Bundan əvvəl Santyaqo küçələrinə ən çox sayda adam 1988-ci ildə hakimiyyətin Auqusto Pinoçetin başçılıq etdiyi hərbi xuntadan mülki hökumətə keçməsini bayram etmək üçün çıxmışdı. Həmin vaxt nümayişçilərin sayı 1 milyona yaxın olub.

Rekod barədə Santyaqo meri Karla Rubilar bəyan edib. Onun sözlərinə görə, bu cür kütləvi mitinq "yeni Çilinin yaranmasının təsdiqidir”. Bu zaman mer etiraz aksiyasını tamamilə dinc yürüş kimi xarakterizə edib. Aksiyaçılar ölkədəki sosial-iqtisadi vəziyyətdən narazılıq edirlər.

Nümayişçilərin istefasını tələb etdiyi prezident Sebastyan Pinyera isə özünün Tvitter bloqunda bildirib ki, hakimiyyət insanların səsini eşitdi və ölkə "Allahın köməyi ilə yeni, daha yaxşı” inkişaf yoluna qədəm qoyacaq.

loading...

Xəbər lenti