İmişlidə bədbəxt hadisə: Sürücü FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ

İmişlidə bədbəxt hadisə: Sürücü FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ
İmişli sakini bədbəxt hadisə nəticəsində ölüb.

Panorama.az apa-ya istinadən xəbər verir ki, İmişli rayonunun Şahverdili kəndi ərazisində, Araz çayının üzərində yerləşən qum-çınqıl karxanasında ölüm hadisəsi qeydə alınıb.

İmişli rayonunun Bəhrəmtəpə qəsəbə sakini, 1990-cı il təvəllüdlü Məmmədov Fariz Valeh oğlunun idarə etdiyi avtoqreyder torpaq kütləsinin uçması nəticəsində aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Загрузка...

Xəbər lenti