İnanılmaz Qarabağ MESAJI, Azərbaycana qarşı MÜHARİBƏ PLANI… - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

İnanılmaz Qarabağ MESAJI, Azərbaycana qarşı MÜHARİBƏ PLANI… - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Ermənistanın yeni baş naziri məlum oldu. Yeni baş nazir bu posta seçilməsindən bir gün sonra Azərbaycanın işğal olunmuş ərazilərinə gəlib. Ermənistan ilkin şərtlərsiz Türkiyə ilə diplomatik münasibətlərin qurulmasına hazır olduğunu bəyan edib. Ankara Paşinyanın bəyanatına cavab verib. Mayın 7-də Rusiyanın seçilmiş prezidenti Vladimir Putinin inaqurasiya mərasimi keçirilib. İsrail və İran arasında birbaşa hərbi qarşıdurma təhlükəsi hər keçən gün artır. İran İsraili Tel-Əviv və Hayfanı məhv etməklə hədələyib. ABŞ prezidenti İranın nüvə proqramı üzrə Birgə hərtərəfli İş Planından çıxmaq barədə qərar qəbul edib. Tramp nüvə proqramı üzrə Birgə hərtərəfli İş Planından çıxışdan sonra İranla "daha yaxşı saziş” bağlamaq istədiyini bildirib. Donald Tramp və Şimali Koreya lideri Kim Çen Inın görüşünün yeri və tarixi açıqlanıb.

Ermənistanın baş naziri Nikol Paşinyan mayın 9-da helikopterlə Azərbaycanın işğal olunmuş ərazilərinə gəlib.

Baş nazir seçilməsindən bir gün sonra Azərbaycanın işğal olunmuş ərazilərinə gələn Nikol Paşinyan Xankəndidə hərbi müşavirə keçirib. Müşavirədə Dağlıq Qarabağ separatçı qurumunun başçısı Bako Saakyan və qurumun dini lideri, baş keşiş Parqev Martirosyan, həmçinin Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Movses Akobyan iştirak edib.

Qondarma qurumun Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, müşavirədə Dağlıq Qarabağ "ordusunun” baş komandanı Levon Mnasakanyan cəbhədəki operativ-taktik vəziyyət barədə məlumat verib. Müşavirədə "rəqibinin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi”nə dair məsələlərin geniş spektrinin müzakirə olunduğu bildirilir.

Ermənistanın yeni seçilmiş baş naziri Nikol Paşinyan Dağlıq Qarabağın Ermənistana birləşməsi perspektivindən danışıb. Paşinyan Xankəndidə mətbuat konfransında beynəlxalq tanınmanın bunun bir yolu olduğunu deyib.

"Qarabağın beynəlxalq tanınması bunun bir yoludur. Artıq beynəlxalq səviyyədə tanındıqda, Ermənistan və Arsax (Dağlıq Qarabağ –red.) xalqları öz mövqeyini ifadə edəcəklər”, - o vurğulayıb.

O qeyd edib ki, Dağlıq Qarabağ ayrıca tərəf kimi çıxış etməyənədək, Minsk qrupu çərçivəsindəki danışıqlar formatı bütöv sayıla bilməz: "Dağlıq Qarabağın beynəlxalq birlik tərəfindən müstəqil qurum kimi tanınması üçün erməni diasporası da cəlb olunmalıdır”.

Paşinyanın seçkidən dərhal sonra Qarabağa gəlişi və alovlu "vətənpərvər çıxışlar” etməsi indiki məqamda daxili auditoriyaya hesablanmış kimi qəbul oluna bilər. Lakin Paşinyanın müharibə elanı kimi fikirlər səsləndirməsi də diqqət çəkir.

Ukraynalı ekspert Vitali Portnikovun Paşinyanın Qarabağa səfəri haqda fikirləri isə məsələyə başqa prizmadan baxmağa vadar edir.

 
Paşinyanın Qarabağ səfərinin SİRRİ - Dəhşətli HƏQİQƏT ÜZƏ ÇIXDI
Ermənistanın yeni baş naziri Nikol Paşinyanın ilk səfərini Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağa etməsi regional medianın da gündəmindən düşmür. Gürcüstanın "kavkazplus” portalı bu səfəri şərh edib.

 
ABŞ İranı Qarabağdan vuracaq və... - Gürcülər Paşinyanın Şuşa səfərinin DƏHŞƏTLİ SƏBƏBİNİ AÇDI
"Ermənistan ərazilərin Azərbaycana qaytarılması ilə bağlı güzəştlərə həmişə hazır idi, lakin Bakı şərtlərlə razılaşmadı”. Bu barədə erməni politoloq Ara Papyan deyib.

Erməni politoloq "Kazan sənədi”ni və "Madrid prinsipləri”ni xatırladıb və qeyd edib ki, İrəvan Dağlıq Qarabağın siyasi statusunun tanınması əvəzində rayonları Azərbaycana qaytarmağa hazır idi: "

 
İrəvan bu rayonları qaytarmağa razıdır - Papyan danışıqların bütün GİZLİ DETALLARINI AÇDI

Mayın 8-də Ermənistan parlamentində yeni baş nazir seçildi.
Nikol Paşinyan parlamentdə çıxışı zamanı Azərbaycan qarşısında qondarma şərt də irəli sürüb. O, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycanla danışıqlara hazır olduqlarını bildirib.

"Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı Azərbaycan rəhbərliyi ilə danışıqlar aparmağa hazıram. Lakin qeyd etmək istəyirəm ki, münaqişədə Dağlıq Qarabağ tərəf kimi çıxış etməyənə qədər danışıqların heç bir effekti olmayacaq”, - deyə o iddia edib.

Nikol Paşinyan parlamentdə çıxışı zamanı "erməni xalqı Qarabağda qələbənin möhkəmləndirilməsinə heç vaxt olmadığı qədər yaxındır” deyib. O, Ermənistan və "Qarabağ xalqı” üçün xidmət göstərməyin vaxtı çatdığının deyib.

"Arsax (Dağlıq Qarabağ - red.) və onun "qəhrəman xalqı”na sevgi və dəstək sözlərini ünvanlamaq istəyirəm. Əziz qarabağlılar! Yarım aydır davam edən etiraz aksiyası sizin üçün təhlükəli deyil, əksinə bu, Dağlıq Qarabağın tanınmasına gətirib çıxaracaq. Biz buna heç vaxt olmadığı qədər yaxınıq”, - deyə Paşinyan parlamentdə deputatların qarşısında çıxışı zamanı bildirib.

"Rusiya Federasiyasıyla strateji ittifaq münasibətləri Ermənistanın prioriteti olaraq qalacaq”. Bunu erməni müxalifətinin lideri Nikol Paşinyan parlamentdə baş nazirin seçilməsi məsələsinin müzakirəsi ilə bağlı keçirilən iclasda deyib.

"Bizim münasibətlərimiz hüquq bərabərliyi və dostluğa əsaslanaraq qurulmalıdır. Rusiyayla hərbi əməkdaşlıq Ermənistanın təhlükəsizliyinin təmin olunmasının əhəmiyyətli amilidir”, - Paşinyan bildirib.

O, növbəti dəfə vurğulayıb ki, Ermənistan Avrasiya İqtisadi İttifaqı və Kollektov Təhlüksizlik Müqaviləsi təşkilatlarında qalacaq.

Paşinyan keçmiş hakimiyyət barəsində qisas olmayacağına söz verib. O, həmçinin qeyd edib ki, yeni hökumətin tərkibinə oliqarxları daxil etmək niyyətində deyil.

"Mən rəsmən bildirirəm ki, mənim hökumətimdə oliqarxlar olmayacaqlar. İqtisadiyyatda inhisarçılıq olmayacaq”, - Paşinyan jurnalistlərə deyib.

Serj Sarkisyanın istefasından sonra baş nazir vəzifəsini icra edən Karen Karapetyan da istefa verib. "Hər kəsə təşəkkür etmək istəyirəm. Məsuliyyətli və maraqlı dövr idi. Yeni baş naziri təbrik edirəm. Ona və növbəti baş nazirlərə uğurlar arzulayıram”, - deyə o bildirib.

Ermənistan ilkin şərtlərsiz Türkiyə ilə diplomatik münasibətlərin qurulmasına hazırdır. Bu haqda Ermənistanın baş naziri Nikol Paşinyan Xankəndidə mətbuat konfransında bildirib.

"Siz bilirsiniz ki, şərtləri Türkiyə irəli sürür. Türkiyənin tələbi məntiqsizdir. Ona görə ki, hər hansı ölkə ilə münasibətlərin qurulması üçün üçüncü ölkə barədə şərtləri irəli sürmək məntiqsizdir. Biz öz mövqeyimizdə qalırıq və şərtlərsiz münasibətləri qurmağa hazırıq. Eyni zamanda, erməni soyqırımının beynəlxalq tanınmasına sadiq qalırıq”, - Paşinyan vurğulayıb.

Qeyd edək ki, rəsmi Ankaranın mövqeyinə görə, Dağlıq Qarabağ problemi həll olunmadan və Azərbaycanın işğal edilmiş torpaqları azad edilmədən Türkiyə-Ermənistan münasibətlərinin normallaşması mümkün deyil.

Türkiyənin baş naziri Binəli Yıldırım Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağda olarkən Türkiyə ilə bağlı səsləndirdiyi bəyanata cavab verib.

 
Türkiyədən İrəvana CAVAB: "Yeni bir səhifə açmaq istəyirlərsə…”
Amerika Erməniləri Milli Komitəsi (ANKA) müxalifət lideri Nikol Paşinyanın baş nazir seçilməsindən dərhal sonra Vaşinqtondan kömək istəyib. ANKA ABŞ-ın dövlət katibi Maykl Pompeonu Ermənistana 140 milyon dollar qrantının verilməsinə kömək etməyə çağırıb.

 
Paşinyanın arxasındakı güc ORTAYA ÇIXDI – İnqilabın qiyməti 140 MİLYON İMİŞ
Türkiyə, İran, Yaxın Şərq

"Türkiyə silahlı qüvvələri Suriya və İraqın şimal hissəsindəki kürd terrorçulara qarşı hərbi əməliyyatları sona qədər davam etdirəcək". Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda hakim Ədalət və İnkişaf Partiyasının fəalları önündə çıxışı zamanı dilə gətirib. O bildirib ki, Türkiyə bu əməliyyatları yarımçıq qoymayacaq:

"Suriyanın şimalındakı Ayn-əl-Arabdan Hasekeyə, İraqda isə Sincardan Kandilyaya qədər olan bütün ərazilərdə ən son terrorçunu məhv edənə qədər Türkiyə regionda əməliyyatları davam etdirəcək".

"BMT-ni islah etmək, əyriliyi aradan qaldırmaq lazımdır. Türkiyə olaraq bu əyriliyi düzəltmək üçün hərəkətə keçdik”. Bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan "Qüdsün son yüz ili” sənədli filminin təqdimat mərasimində bildirib.

"Dünya beşdən (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü – ABŞ, Rusiya, Fransa, İngiltərə və Çin nəzərdə tutulur –red.) böyükdür. Dünya İkinci Dünya müharibəsinin şərtləri ilə yaşaya bilməz. BMT-ni yenidən qurmalıyıq. Təbii ki, bu, beş dövlətin xoşuna gəlməyəcək. Amma digər böyük ölkələr də bunlardan qorxurlar. Amma biz heç kimdən qorxmuruq. Biz Allaha və millətə bağlıyıq”, - o deyib.

Münbiç əməliyyatı ilə bağlı Türkiyə-ABŞ danışıqları davam edir. Bu haqda Türkiyənin Müdafiə Naziri Nurəddin Canikli bildirib.

Qeyd edək ki, Suriyanın Münbiç şəhərinin gələcəyi Türkiyə-ABŞ münasibətlərində gərginlik yaradan əsas məsələlərdəndir. Ankara şəhərin PYD terror təşkilatından təmizlənməsi tələb edir. ABŞ isə terror təşkilatına dəstəyini davam etdirir.

İsrailin baş naziri Benyamin Netanyahu, Yunanıstanın baş naziri Aleksis Çipras və Cənubi Kiprin prezidenti Nikos Anastasiadis Lefkoşada keçirilən üçtərəfli görüşdə Türkiyəni oyundan kənarlaşdıracaq razılaşma əldə ediblər. Əldə edilən razılaşmaya əsasən, Şərqi Aralıq dənizindəki karbohidrogen ehtiyatları Aralıq dənizinin ortasından çəkiləcək boru xətti ilə Yunanıstan üzərindən Avropa İttifaqına çatdırılacaq.

 
Üç ölkədən ittifaq: Türkiyə OYUNDAN KƏNARLAŞDIRILDI
PKK işğalı altında olan ərazilərə əsgər və silah-sursat yardımı edərək Suriyanın şərqində yerləşən Fransa 100 il əvvəl Osmanlı dövlətinə etdiyi xəyanətini bu dəfə də PKK-nın vasitəsilə gerçəkləşdirdi. PKK-dan istifadə edərək Suriyaya girən Fransa ABŞ Prezidenti Donald Trampın "Suriyadan çıxacağıq" açıqlamasından sonra PKK terrorçularının nəzarətində olan bölgələrə əsgər yeritməyə başlayıb. İlk olaraq Münbiçə və Deyr-ez-Zor bölgələrinə qoşunlar göndərib.

Fransanın sabiq xarici işlər naziri Kouçner son 6 ayda Rakkaya 4 dəfə səfər edib. Hasekə, Deyr-ez-Zor, Münbiç bölgələrində hərbi bazalar inşa edən Fransa keçən günlərdə Deyr-ez-Zorda PKK-ya fəal dəstək göndərib.

Rejim qüvvələri ölkədə kimyəvi silah tətbiq edəcəyi halda Bəşər Əsədə sadiq qüvvələr yenidən hədəfimizə çevriləcək. Bu sözləri Fransanın Müdafiə naziri Florens Parli deyib.

Xatırladaq ki, aprelin 14-də ABŞ Prezidenti Donald Trampın əmri əsasında ABŞ, Fransa və İngiltərə aviasiyası Suriyada Bəşər Əsəd rejiminə məxsus hərbi obyektlərə zərbə endirib.

Aprelin 8-də ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı üzrə Birgə hərtərəfli İş Planından çıxmaq barədə qərar qəbul etdi. Ağ Evin başçısı bildirib ki, saziş İranın nüvə silahı əldə etməsinin qarşısını tamamilə ala bilməyib.

Ağ Ev İrana qarşı tələblərinin siyahısını dərc edib.

 
Ağ Ev İrana qarşı tələblərinin siyahısını dərc etdi
İran prezidenti Həsən Ruhani razılaşmanın icrasını digər 5 ölkə ilə davam etdirəcəklərini bildirib.

"ABŞ-ın sözünün üstündə durduğunu heç zaman görmədik. ABŞ-ın müqavilədən niyə çıxdığını başa düşmək çətindir. Vaşinqton Trampın səsləndirdiyi dəlilləri göstərməlidir. İran razılaşmanın bütün müddəalarını yerinə yetirir. Bu, yalnız ABŞ və İran arasında imzalanan bir razılaşma deyil. Bu, BMT-nin, digər ölkələrin parlamentlərində təsdiqlənən razılaşmadır", - o deyib.

Avropa İttifaqı (Aİ) ABŞ prezidenti Donald Trampın İranın nüvə proqramı üzrə Birgə fəaliyyət planından çıxmaq barədə qərarından narahatdır və sövdələşmənin icra edilməsinə sadiq qalacaq. Bunu Aİ diplomatiyasının rəhbəri Federika Moqerini bildirib.

"İran saziş çərçivəsində öz öhdəliklərini yerinə yetirdikcə, necə ki, o bunu edir, Aİ nüvə sazişinin tam olaraq reallaşdırılmasına sadiq qalacaq", - deyə o söyləyib.

ABŞ-ın İranla imzalanan nüvə sazişindən çəkilməsinə etiraz olaraq İran parlamentində ABŞ-ın bayrağı yandırılıb. Deputatlar "Amerikaya ölüm!” şüarları səsləndiriblər.

İran parlamentinin spikeri Əli Laricani Trampın nüvə sazişini anlayacaq qədər zehniyyətə sahib olmadığını söyləyib.

ABŞ nüvə proqramı üzrə Birgə hərtərəfli İş Planından çıxışdan sonra İranla "daha yaxşı saziş” bağlamaq istəyir. Bunu ABŞ prezidenti Donald Tramp bildirib. Onun sözlərinə görə, Birgə hərtərəfli İş Planı nüvə silahının İranın əlinə düşməsinin qarşısını ala bilməzdi və Yaxın Şərqdə maliyyə imkanları yaxşı olan başqa ölkələr nüvə silahı əldə etmək üçün imkanlar axtarmağa başlayacaqdılar.

"Bu, fəlakətə gətirib çıxarardı”, - Tramp deyib.

O vurğulayıb ki, Vaşinqton nüvə silahına malik olmasına icazə verməmək üçün Tehrana qarşı ən sərt sanksiyaları tətbiq edir. Amerika prezidenti qeyd edib ki, ABŞ "Tehranın yalanla məşğul olmadığına əmin olmaq üçün” İranın hərbi bazalarına giriş imkanına malik olmalıdır.

İranın Xarici İşlər Nazirliyinin başçısı Məhəmməd Cavad Zərifin Pekin, Moskva və Brüssel turnesinə çıxır. İranın xarici siyasət idarəsinin başçısı Rusiya, Çin və Avropa İttifaqından olan həmkarları ilə İranın nüvə proqramı üzrə sazişin saxlanılması üzrə tədbirləri müzakirə edəcək.

"Bazar günü Məhəmməd Cavad Zərifin İranın nüvə proqramı üzrə Birgə hərtərəfli İş Planının müzakirəsi üçün diplomatik turnesi başlayır. Səfər Çindən başlanacaq. O, bazar ertəsi Rusiya Federasiyasına gedəcək. Daha sonra isə avropalı həmkarları ilə görüş üçün Brüsselə yollanacaq”, - "RİA-Novosti”yə İran Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın İranın nüvə proqramı üzrə razılaşmasından çıxmasını şərh edib. Ərdoğan itirən tərəfin ABŞ olacağını bildirib.

"Siz itirəcəksiniz, çünki imzaladığınız bir razılaşmaya sadiq qalmırsınız. Beynəlxalq müqavilələri istədiyiniz zaman başlamaq, istədiyiniz zaman ləğv etmək düzgün deyil”, - Türkiyə prezidenti vurğulayıb.

İrana qarşı onun nüvə proqramı ilə bağlı olan sanksiyalar mərhələli şəkildə yenilənəcək. Bunu jurnalistlərə açıqlamasında ABŞ Maliyyə naziri Stiven Mnuçin deyib. Onun sözlərinə görə, 3-6 ay ərzində bu sanksiyalar razılaşmadan öncəki mərhələyə çatdırılacaq.

ABŞ-ın Xarici Aktivlərə Nəzarət Xidmətinin sənədində isə 6 avqustdan etibarən İran hökumətinə dollar satışının qadağan ediləcəyi haqqında məlumat yer alıb. Bununla belə sanksiyalar qızıl və digər metalların satışına da tətbiq olunacaq. İrandan alüminium, polad alışı qadağan ediləcək. ABŞ İranın suveren borcu ilə bağlı əməliyyatlara məhdudiyyət tətbiq edəcək. İran avtosənayesi də sanksiyalara məruz alacaq.

Noyabrın 4-dən etibarən isə İran gəmiqayırma sektoru sanksiyalara məruz qalacaq, neft və neft kimya sektoru tranzaksiyalar qadağan ediləcək, İranın Mərkəzi Bankıyla xarici bankların çalışmasına məhdudiyyət qoyulacaq.

"İran Suriya ərazisindən İsrailə hücum edərsə, İsrail Bəşər Əsədi öldürəcək”. Bu haqda İsrailin energetika naziri Yuval Steintz bildirib.

"İsrail indiyə qədər Suriyadakı vətəndaş müharibəsinə qarışmadı. Suriya prezidenti Bəşər Əsəd İranın Suriyadakı hərəkətlərinə icazə verməkdə davam edərsə, İsrail onu məhv edəcək və rejimini devirəcək”, - o deyib.

İran yəhudi dövlətinə hücum etmək üçün Suriyaya çox təhlükəli silah yerləşdirməyə çalışır. Bunu İsrailin baş naziri Benyamin Netanyahu Kipr prezidenti Nikos Anastiadis və Yunanıstanın baş naziri Aleksis Siprasla Nikosiyada görüşü zamanı bildirib.

 
İran Suriyada bu silahla… - Netanyahu şok PLANI AÇIQLADI
Mayın 9-da İranın tabeliyi altından olan qüvvələr Suriya ərazisindən İsrailin Qolan təpələrindəki mövqelərinə raket zərbələri endiriblər. Bunu jurnalistlərə açıqlamasında İsrail Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Conatan Konrikus deyib. Onun sözlərinə görə, hücumu "Qüds” briqadası təşkil edib.

O, İsrail ərazisinə 20 raketin buraxıldığını və "Dəmir Gümbəz” hava hücumundan müdafiə sisteminin onların hamısının qarşısını aldığını bildirib.

Həmin gün İsrail Suriyada İranın onlarla hərbi obyektinə cavab zərbəsi endirib. İsrailin Müdafiə Nazirliyinin məlumatına görə, "Qüds” briqadasına aid hərbi düşərgə, müşahidə məntəqəsi, həmçinin digər mövqelər vurulub. Rəsmi Təl-Əviv hücumdan öncə Rusiyanı xəbərdar etdiklərini bildirib. Suriya rəsmiləri isə ölkə ərazisinə atılan raketlərin böyük hissəsinin məhv edildiyini açıqlayıblar.

İsrail İranın Suriyadakı bütün infrastrukturunu bombalayıb. Bunu İsrailin müdafiə naziri Aviqdor Liberman bildirib.

"Ümid edirəm ki, bu hissə başa çatıb”, - nazir deyib.

Liberman İranın atdığı heç bir raketin İsrailin nəzarəti altında olan ərazilərə düşmədiyini vurğulayıb.

"İsrailin İrana ağılsızcasına bir hücum edəcəyi təqdirdə, Tel-Əviv və Hayfa məhv ediləcək”. Bu sözləri İranın dini liderlərindən olan ayətullah Əhməd Hatəmi deyib.

Xatırladaq ki, İsrail ötən gecə Suriyada İranın onlarla hərbi obyektinə zərbə endirib.

 
"Təl-Əviv və Hayfanı məhv edərik!” – İrandan TƏHDİD
İsrailin Suriya ərazisinə aviazərbələri Tel-Əvivin özünümüdafiə haqqıdır. Bunu jurnalistlərə açıqlamasında Ağ Evin mətbuat katibi Sara Sanders deyib. Onun sözlərinə görə, Vaşinqton İsrailin öz ərazisinin müdafiəsinə yönələn bütün addımlarını dəstəkləyir:

"Son baş verənlər göstərir ki, İran rejiminə güvənmək olmaz. Prezident Donald Trampın İranla razılaşmadan çıxmaq qərarı doğru idi”.

"Rusiya Suriya münaqişəsinin Üçüncü Dünya müharibəsinə kimi böyüməsinə imkan verməyəcək”. Bunu Suriya prezidenti Bəşər Əsəd deyib.

"Çünki, xoşbəxtlikdən, Rusiyada müdrik rəhbərlik mövcuddur”, - Suriya lideri bildirib.

2013-cü ildən bu yana Suriya kimyəvi silaha malik deyil. Bu sözləri Suriya Prezidenti Bəşər Əsəd deyib. Onun sözlərinə görə, bunu Beynəlxalq Kimyəvi Silah Təşkilatı da araşdırmalardan sonra elan edib. Prezident qeyd edib ki, kimyəvi silah tətbiqi ilə bağlı ittihamlar Suriya ordusunun qələbələrindən sonra başlayıb.

İŞİD terror qruplaşmasının başçısı Əbubəkr Əl-Bağdadi ehtimal ki, oğlu ilə birlikdə Suriyanın şərqində İraq sərhədinin yaxınlığında gizlənir. Bu haqda İraq kəşfiyyatındakı anonim mənbəyə istinadən "Al Sharq Al Awsat” qəzeti bildirib. O, həmçinin qeyd edib ki, qruplaşmanın başçısı dörd-beş nəfərlə, o cümlədən oğlu və kürəkəni tərəfindən əhatə olunub.

Amerika kəşfiyyatındakı mənbələrə əsasən, Əl-Bağdadi mobil telefondan istifadə etmir. Onun bir yerdə 72 saatdan çox qalmadığı və cəmi iki mühafizəçinin müşayiəti ilə gözəçarpmayan avtomobillərdə hərəkət etdiyi bildirilir.

ABŞ İŞİD liderinin tutulması və ya məhvinə kömək edəcək informasiya üçün 25 milyon dollar mükafat vəd edib.


Mayın 7-də Rusiyanın seçilmiş prezidenti Vladimir Putinin inaqurasiya mərasimi keçirilib. Putin mərasimdə çıxışı zamanı ölkəsini beynəlxalq həyatın güclü, aktiv və nüfuzlu iştirakçısı adlandırıb.

Onun sözlərinə görə, Rusiya dünyada sülh və sabitliyin qorunmasında maraqlı tərəf olduğundan hamı ilə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın tərəfdarıdır.

ABŞ-ın Corctaun Universitetinin professoru Mtyu Kroeniq "Amerika strategiyasının məntiqi: strateji üstünlük niyə əhəmiyyətlidir” kitabında Rusiyanın ABŞ-a nüvə zərbəsinin nəticələrinin modelini hazırlayıb. Rusiya ABŞ-a iki böyük nüvə zərbəsi vuracaq.

Tədqiqatçının sözlərinə görə, birinci hücumdan sonra Moskva 131 Amerika şəhərini məhv edəcək və bu, 70 milyon insanın ölümünə gətirib çıxaracaq. Alim qeyd edir ki, belə itkilər ABŞ-ın Rusiyaya cavab zərbəsini vurmaq cəhdlərini dəf etməyə hesablanıb.

Avropa artıq müdafiə məsələlərində ABŞ-a güvənə bilməz. Bunu jurnalistlərə açıqlamasında Almaniya kansleri Angela Merkel deyib. Onun sözlərinə görə, Avropa dövlətlərinin özləri talelərinə nəzarəti əllərinə almalıdırlar:

"ABŞ-ın bizi qoruduğu zaman geridə qalıb. Avropa öz taleyini öz əlinə almalıdır. Bizim gələcəklə bağlı hədəfimiz budur”.

Koreya böhranı

ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In ehtimal ki, iyunun ortalarında Sinqapurda görüşəcəklər. Bu haqda diplomatik mənbələrə istinadən Cənubi Koreyanın "Chosun Ilbo” qəzeti bildirib.

Mayın 7-də Çin Xalq Respublikasının sədri Si Cinpin Çinin Dalyan şəhərində Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inla görüşüb. Bu haqda "Sinxua” agentliyi bildirib.

Xatırladaq ki, mart ayında Şimali Koreya liderinin "sirli qatar”la Çinə səfər etdiyi iddiaları yayılmışdı. Sonradan iddia öz təsdiqini tapmış, Şimali Koreya liderinin Çin səfərinin təfərrüatı mətbuata açıqlanmışdı.

"Əlaqədar tərəflər Pxenyan barəsində düşmən siyasətini dayaydırarsa, Koreya Xalq Demokratik Respublikası nüvə silahından imtina edəcək”. Bu haqda Şimali Koreyanın lideri Kim Çen In Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşün gedişatında bildirib.

"Lazımdır ki, əlaqədar tərəflər Şimali Koreya barəsində düşmən siyasəti və təhdidlərdən imtina etsin. Onda Koreya Xalq Demokratik Respublikasının nüvə silahına malik olmasına ehtiyac olmayacaq və denuklearizasiya mümkün olacaq”, - Kim Çeni In deyib.

Mayın 9-da Koreya Xalq Demokratik Respublikası (KXDR) ABŞ vətəndaşı olan və Şimali Koreyada saxlanılan 3 nəfəri azad edib. Onlar dövlət katibi Mayk Pompeonun KXDR-ə səfəri zamanı azad ediliblər və onunla birlikdə vətənə qayıdıblar. Mayk Pompeo ABŞ və Şimali Koreya liderlərinin nəzərdə tutulan görüşünün detallarını müzakirə etmək üçün Pxenyana səfər etmişdi.


Ukrayna prezidentinin Krım üzrə nümayəndəliyi Rusiya təcavüzünün qarşısının alınması üçün təcili tədbirləri nəzərdə tutan planın layihəsini hazırlayıb.

"Bu gün işğal edilmiş Krımın Ukraynanın tərkibinə qayıdışının iki münasib variantı var”. Bunu Krım tatarlarının işləri üzrə Ukrayna prezidentinin xüsusi nümayəndəsi, Ukraynanın Ali Radasının üzvü Mustafa Cəmilov "Apostrof” nəşrinə müsahibəsində bildirib.

Ali Radaya Rusiya şirkətləri və bankların Ukraynadakı əmlakının milliləşdirilməsi haqqında qanun layihəsi daxil olub. Layihənin müəllifi "Pyotr Poroşenkonun Bloku” fraksiyasının üzvü Roman Zvarıçdır.

Qanun layihəsinin izahedici qeydində bildirilir ki, qanunverici səviyyədə belə addım "təcavüzkar dövlət”lə təsərrüfat fəaliyyətini həyata keçirən hüquqi şəxslərə qarşı sektor sanksiyalarının tətbiq etmə imkanı verəcək.
//publika.az
Загрузка...

Xəbər lenti