İndiki deputatlar hansı tarixə qədər vəzifələrində qalacaq? – AÇIQLAMA

İndiki deputatlar hansı tarixə qədər vəzifələrində qalacaq? – AÇIQLAMA
"Azərbaycanda yeni parlamentin səlahiyyətləri qüvvəyə mindikdən sonra köhnə parlamentin səlahiyyətləri bitmiş hesab olunur”.

BAKU.WS xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

O bildirib ki, hazırki parlament fəaliyyətini davam etdirəcək.

S.Novruzov növbəti parlament seçkisinin vaxtı ilə bağlı Azərbaycan Konstitusiyasındakı maddəni xatırladıb və qeyd edib ki, növbəti parlament seçkilərinin vaxtını Azərbaycan Prezidenti müəyyən edir.

loading...

Xəbər lenti