"İnstagram" çökdü

Bu gün axşam saatlarında "Instagram” sosial şəbəkəsinin istifadəsində problemlər yaranıb.

Yenicag.az xəbər verir ki, Azərbaycanda sözügedən sosial şəbəkədən istifadə etmək mümkün olmayıb.

Bundan başqa bir sıra Avropa, Şimali və Cənubi Amerika ölkələrində, həmçinin Asiya dövlətlərində də eyni problem müşahidə olunub.

Bir müddət sonra isə "”Instagram”ın fəaliyyəti bərpa olunub.
Загрузка...

Xəbər lenti