İrandan 4 ölkəyə xəbərdarlıq - “Məhv edərik”

İrandan 4 ölkəyə xəbərdarlıq - “Məhv edərik”
İranda aksiyalarda ölənlərin sayı artaraq 143 nəfərə yüksəlib.

"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ötən gün aksiyalarda itirak edən 1000-dək insan saxlanılmışdı.

İran ölkədəki mitinqlərə görə ABŞ, İsrail, İngiltərə və Səudiyyə Ərəbistanına da xəbərdarlıq edib. İran İnqilab Keşikçiləri Ordusunun (SEPAH) generalı Hüseyn Səlami belə bir bəyanatla çıxış edib:

"ABŞ, İngiltərə, İsrail və Səudiyyə Ərəbistanına səslənirəm: bizi meydanda sınadınız və güclü sillə yediniz. Gözləyin. Qırmızı xətlərimizi keçsəniz, sizi məhv edərik”.

Qeyd edək ki, İranda benzinin qiyməti 50% bahalaşandan sonra bir sıra şəhərlərdə etirazlar başlayıb.
loading...

Xəbər lenti