İraq ŞOKDA: seçki bülletenlərinin olduğu anbar yandı

İraq ŞOKDA: seçki bülletenlərinin olduğu anbar yandı
İraqın paytaxtı Bağdadda seçki bülletenlərinin saxlanıldığı bir anbarda yanğın baş verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, anbarın seçki bülletenlərinin saxlanıldığı ən böyük mərkəz olduğu bildirilir.

Ölkənin Daxili İşlər Nazirliyi seçki bülletenlərinin hamısının yandığını açıqlayıb.

Xatırladaq ki, İraq parlamenti mübahisəli olması səbəbiylə mayın 12-də keçirilən parlament seçkilərində səslərin təkrar sayılmasına dair qərar vermişdi.
Загрузка...

Xəbər lenti