İrəvan təşvişdə: "Ermənistan Qarabağı itirə bilər…"

İrəvan təşvişdə:
"Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyi Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gedən danışıqlarda əlini gücləndirdi".

Panorama.az teleqraf.com-a istinadla xəbər verir ki, bunu Ermənistan Daşnaksütyun Partiyasının lideri Kiro Manoyan deyib.

O, Ermənistan və Azərbaycan arasında Vyana (Avstriya) və Sankt-Peterburqda (Rusiya) keçirilmiş görüşlərdə əldə edilən nəticələrin Azərbaycanın xeyrinə olduğunu bildirib:

"İndi müzakirə mövzusu atəşkəs rejiminin pozulması deyil. Çünki Ermənistan və Azərbaycan rəhbərləri pozuntu hallarının sayının azaldılması üçün razılığa gəlib və bu də öz müsbət nəticəsini verir".

Kiro Manoyanın iddiasına görə, Vyana və Sankt-Peterburqda əldə edilmiş razılaşmalar Dağlıq Qarabağın Ermənistan üçün itirilməsi ilə nəticələnə bilər.

Daşnakların lideri ABŞ-dan Ermənistana Qarabağla bağlı təzyiqlərin ediləcəyinə də diqqət çəkib: "Qısa müddətdən sonra ABŞ-dan Ermənistana təzyiqlər başlayacaq. İrəvandan Qarabağ məsələsində güzəştlər tələb ediləcək".

loading...

Xəbər lenti