İş adamı Şəmkirdə “Hummer”ini belə yandırdı - VİDEO

İş adamı Şəmkirdə “Hummer”ini belə yandırdı - VİDEO
Avqustun 6-da Şəmkirdə iş adamının "Hummer” markalı avtomobilin yandırmasının görüntüləri yayılıb. 

Oxu.Az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. 

Qeyd edək ki, rayon məhkəməsinin qərarı ilə Yeni həyat kəndinin 1973-cü il təvəllüdlü sakini Qasımov Fuad Aydın oğlunun avtomobilinə iki il yarım əvvəl həbs qoyulub. Buna səbəb kişinin müxtəlif şəxslərə iri məbləğdə pul borclu olması göstərilib. Maşın 51 min manat dəyərində qiymətləndirilib və satışa çıxarılıb.

Kənd sakini bundan sonra qəzəblənərək, özünü və maşınını yandırıb, ikinci və üçüncü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Fuad Qasımovun işi üzrə məhkəmə prosesi 2013-cü ildə başlayıb və indiyədək davam edir. O, daha əvvəl sahibkarlıq fəaliyyəti ilə məşğul olub, lakin sonra müflisləşib.
 
 

loading...

Xəbər lenti