İşıq problemi xəstəxanalara təsir edib? - RƏSMİ

İşıq problemi xəstəxanalara təsir edib? - RƏSMİ
Azərbaycanda işıqla bağlı baş verən problem nəticəsində dövlət xəstəxanalarında heç bir problem olmayıb.

Bunu Oxu.Az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova deyib.

Onun sözlərinə görə, tibb müəssisələri işıqla təmin edilib:

"İşıqlar sönəndən bir neçə dəqiqə sonra generatorlar qoşulub. Təcili yardım stansiyalarında problem olmayıb. Yanğın baş verən ərazidə ölən olmayıb”.

Səfayə Əhmədova bəzi dövlət müəssisələrində axşam işığın təmin edilməməsinə münasibət bildirib:

"Texniki ehtiyac olmayan yerdə yandırılmayıb. Amma xəstələrin olduğu şöbələr, əməliyyatxanalar işıqla təmin edilib”.

Загрузка...

Xəbər lenti