İsrail Dəməşqə aviazərbələr endirdi: İranlı hərbçilər həlak oldu

İsrail Dəməşqə aviazərbələr endirdi: İranlı hərbçilər həlak oldu

İsrail Dəməşqin cənubunda İrana aid hərbi obyektlərə aviazərbələr endirib, nəticədə azı 15 nəfər həlak olub.

Virtualaz.org bildirir ki, bu barədə xarici KİV Suriya insan haqları müşahidə qrupuna istinadən məlumat yayıb.

Təşkilatın məlumatına görə, ölənlərdən səkkizi İran vətəndaşlarıdır.

Qeyd edək ki, ötən gün ABŞ prezidenti Donald Trampın İranla bağlanmış nüvə sazişini ləğv etməsindən çox keçməmiş, İsrail qırıcılarının Suriyanın Əl-Kisvə rayonuna hava hücumu həyata keçirdiyi barədə xəbər yayılıb.

Rəsmi Dəməşq raket zərbələrinin HHM sistemi tərəfindən zərərsizləşdirildiyini bildirmişdi.
Загрузка...

Xəbər lenti